Məktəblilər XİN mətbuat xidmətinin rəhbəri ilə görüşüb

Məktəblilər XİN mətbuat xidmətinin rəhbəri ilə görüşüb
GƏNCLİK
15:40 29.04.2013
1833

26 aprel tarixində “İRƏLİ” Gənclik Mərkəzində “İRƏLİ” Məktəbli Klubunun təşkilatçılığı ilə məktəblilər üçün görüş keçirilib.

Görüşün qonağı Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev olub. Görüşdə “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev də iştirak edib.

Görüşdə Elman Abdullayev öz uğur hekayəsindən danışıb və qarşılıqlı olaraq müzakirələr aparılıb.

Həmçinin məktəblilər onları maraqlandıran sualları ekspertə ünvanlayıblar.

OXŞAR XƏBƏRLƏR