12 yanvar tarixində Gəncliyə Yardım Fondunda “İRƏLİ” Məktəb Parlamenti və “Xəzər” İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə məktəblilərarası “Nə? Harada? Nə zaman ?” intellektual oyunu üzrə Bakı turniri keçirilib.
AZXEBER.COM-un məlumatına görə, “İRƏLİ” İctimai Birliyinin sədri Rauf Mərdiyev yarışın əhəmiyyətini yüksək qiymətləndirib və ölkədə gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Rauf Mərdiyev qeyd edib ki, “İRƏLİ” gənclərin inkişafına töhfələr verməkdə davam edir.
“İRƏLİ” İctimai Birliyinin baş katibi Nərmin Məmmədova qeyd edib ki, “İRƏLİ” bu cür turnirlərin keçirilməsində hər zaman dəstək göstərir.
Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev turnirin açılış mərasimində çıxış edərək bildirib ki, intellektual oyunların keçirilməsi məktəblilərin dünyagörüşünün artırılmasında müsbət təsirini göstərir.
“İRƏLİ” Məktəb Parlamentinin rəhbəri Nigar Quliyeva bildirib ki, əsas məqsədimiz məktəblilərin intellektual səviyyələrini artırmaq, onları bu sahələrə yönəltməkdir.
Çempionatda Bakının müxtəlif məktəblərini təmsil edən 22 komanda iştirak edib.Oyunun nəticələrinə əsasən, “Amneziya” komandası 25 xalla turnirin qalibi olub. “Şizofren” ikinci, “6Robocop” komandası isə üçüncü yerləri tutub.Sonda qaliblər diplom və sertifikatla təltif olunublar.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd məktəblilərdə dünyagörüşün artırılması, intellektual hərəkata cəlb olunmasını təmin etməkdir.
Xatırladaq ki, çempionat 2013-cü ildə"İRƏLİ" Məktəb Parlamentitərəfindənməktəbliləri əhatə edən ilk və ən böyük intellektual yarışdır.