Məktəblilərin zarafatı qanla nəticələndi

Məktəblilərin zarafatı qanla nəticələndi
Bütün Xəbərlər
20:51 17.11.2011
1523
Gəncədə 13 saylı orta məktəbdə qanlı hadisə baş verib. Gəncə şəhər Baş Polis İdarəsinin rəis köməkçisi Yaşar İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, məktəbin VIII sinif şagirdi 14 yaşlı Kənan Orucov münaqişə zəminində həmin məktəbin XI sinif şagirdi 17 yaşlı Həbib Həsənova kəsici-deşici alətlə xəsarətlər yetirib. Həbib Həsənov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Polis Kənan Orucovu saxlayıb.
OXŞAR XƏBƏRLƏR