Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Məlahət Abbasova İstanbulda restoranda səslənən Azərbaycan mahnısına rəqs edib.
AZXEBER.COM xəbər verir ki, aktrisanın səmimi görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Restoranda ifa olunan milli musiqinin sədaları altında rəqs edən sənətçi həmvətənlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Xatırladaq ki, uzun illərdir İstanbulda fəaliyyət göstərən Məlahət Abbasova Azərbaycan mədəniyyətinin və incəsənətinin Türkiyədə təbliği istiqamətində mühüm fəaliyyət göstərir. O, dəfələrlə çıxışlarında Azərbaycan musiqisinə və milli dəyərlərə bağlılığını ifadə edib.
Aysel











































