Məleykə Abbaszadə Təhsil Nazirliyindən şikayətləndi

Məleykə Abbaszadə Təhsil Nazirliyindən şikayətləndi
Bütün Xəbərlər
14:15 14.05.2012
1977

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Təhsil Nazirliyinin TQDK-ya təqdim etdiyi texniki bazanın yaxşı vəziyyətdə olmadığını bildirib.

Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında Təhsil Nazirliyinin mayın 4-də təqdim etdiyi məlumat bazasında da problem olduğunu bildirib. Məleykə Abbaszadə deyib ki, Təhsil Nazirliyinin məlumat bazası 93 faiz dəqiqdir. O, hazırda məlumat bazası ilə bağlı TQDK-nın rayon təhsil şöbələri ilə birlikdə dəqiqləşdirmələr aparıldığını söyləyib. Məleykə Abbaszadə məlumat bazasında şəkli olmayan 9 və 11-ci sinif şagirdlərinin buraxılış imtahanlarında iştirak etmək üçün məktəblərdən arayış almalı olduqlarını qeyd edib. (lent.az)

OXŞAR XƏBƏRLƏR