Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsi ilə bağlı dəvət ünvanlayıb - VİDEO

Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsi ilə bağlı dəvət ünvanlayıb - VİDEO
MANŞET
14:29 27.01.2020
5151
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-nə kimi davam edir.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvü Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə liderlik bacarığı ilə seçilən dövlət qulluqçularına dəvət ünvanlayıb:

"Yüksəliş" müsabiqəsi Azərbaycanda idarəetmə sahəsində potensial rəhbərlərin seçilməsində bir ilkə imza atır. Bu imkandan yararlanmaq, yüksəlmək indi hər kəsin öz əlindədir. Məhz "hər kəs" deyirik. Çünki "Yüksəliş" müsabiqəsi dövlət qulluğunda işləyənlərdən özəl müəssisələrdə çalışanlara qədər, hətta ali təhsil müəssisələrində elmi tədqiqat işi aparanlardan hər hansı müəssisədə layihə rəhbəri olan şəxslərədək hər kəsə yüksəlmək üçün şans verir. Mən xüsusilə bizim qızlara, gənc qadınlara müraciət edirəm. "Yüksəliş"də iştirak edin.

Eyni zamanda, dövlət qulluğu üzrə imtahanlarda müvəffəqiyyət qazanaraq sertifikat əldə etmiş vətəndaşlara da demək istəyirəm ki, bu müsabiqə həm də sizin üçündür. Dövlət qulluğu üzrə imtahanlarda qazandığınız təcrübə "Yüksəliş" müsabiqəsində də sizə faydalı ola bilər. Bununla yanaşı, hazırda dövlət qulluğunda çalışanlar və öz potensialları ilə qarşılarına daha böyük hədəf qoyanlar da müsabiqəyə qoşula bilərlər. Bir sözlə, "Yüksəliş" daha geniş təbəqəni əhatə etməyi və onlar üçün ədalətli, şəffaf mübarizə mühiti yaratmağı qarşısına məqsəd qoyub.

"Yüksəliş" karyeranın qurulması yolunda unikal imkan deməkdir. Bu imkanı buraxmayın, istifadə edin. Müsabiqənin hər mərhələsi karyeranızın inkişafi üçün yeni imkanlar yaradacaq. "Yüksəliş" ilkin seçim mərhələlərindən uğurla keçən yarımfinalçılara peşəkarlarla görüş, finalçılara şəxsi inkişaf planlarını əldə etmək, qaliblərə isə idarəçi rəhbərlərlə çalışmaq imkanı qazandıracaq.
Yüksəlmək istəyən hər kəs, bu müsabiqə sizin üçündür!

"Yüksəliş"ə qoşulun, "Yüksəliş" sizinlə başlasın!"
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ayda 965 AZN ödəməklə "Biləcəri" layihəsində öz mənziliniz olsun - "Kristal Abşeron!"
14:37 16.05.2025
Ayda 965 AZN ödəməklə "Biləcəri" layihəsində öz mənziliniz olsun - "Kristal Abşeron!"
ATU-nun tələbəsi vəfat etdi
14:03 16.05.2025
ATU-nun tələbəsi vəfat etdi
“Müəllimdən Müəllimə” təlimləri uğurla həyata keçirilir - FOTOLAR
13:56 16.05.2025
“Müəllimdən Müəllimə” təlimləri uğurla həyata keçirilir - FOTOLAR
"Ağdam Muğam mərkəzinin açılışı tarixi hadisə olaraq yaddaşlarda qalacaq"
13:51 16.05.2025
"Ağdam Muğam mərkəzinin açılışı tarixi hadisə olaraq yaddaşlarda qalacaq"
Türkiyədə 2 ton narkotik MƏHV EDİLDİ
13:37 16.05.2025
Türkiyədə 2 ton narkotik MƏHV EDİLDİ
İlham Əliyevlə Nikol Paşinyanın Tiranada ayaqüstü görüşü oldu - VİDEO
13:36 16.05.2025
İlham Əliyevlə Nikol Paşinyanın Tiranada ayaqüstü görüşü oldu - VİDEO
Azərbaycanda istiliyin verilməsi vaxtı dəyişdiriləcək
13:25 16.05.2025
Azərbaycanda istiliyin verilməsi vaxtı dəyişdiriləcək
Deputat Səyyad Aran: "5 min manat maaş alıram, necə qənaət edim?"
13:24 16.05.2025
Deputat Səyyad Aran: "5 min manat maaş alıram, necə qənaət edim?"
Hindistanlı alpinist Everest zirvəsi yaxınlığında ölü tapıldı
13:22 16.05.2025
Hindistanlı alpinist Everest zirvəsi yaxınlığında ölü tapıldı
"Yaxın 3 gün ərzində diqqəyli olun" - Astroloq xəbərdarlıq etdi
13:14 16.05.2025
"Yaxın 3 gün ərzində diqqəyli olun" - Astroloq xəbərdarlıq etdi
Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı
13:01 16.05.2025
Xadimə ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
12:57 16.05.2025
İlham Əliyev Tiranada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının açılış mərasimində iştirak edir
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
12:53 16.05.2025
100-dən çox “Telegram”, “TikTok” və “Instagram” kanalı bağlanıb - Seyfulla Əzimov
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir
12:49 16.05.2025
Danimarkanın Baş naziri: Sanksiyalar Rusiyaya təsir etməyin yeganə vasitəsidir
Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir
12:42 16.05.2025
Azərbaycan XİN: Paşinyanın açıqlaması Ermənistanın dayanıqlı sülhdə maraqlı olmadığını göstərir
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR
12:32 16.05.2025
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edildi - FOTOLAR