Meloni dünənki səfərindən paylaşım etdi - Video

Meloni dünənki səfərindən paylaşım etdi - Video
SİYASƏT
12:56 05.05.2026
230
İtaliyanın Baş naziri Ciorcia Meloni Bakıya səfərindən paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, "X” hesabında paylaşım edən Meloni Azərbaycana iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirmək məqsədilə səfər etdiyini vurğulayıb.

"Azərbaycanla artıq enerji, təhlükəsizlik, logistika, investisiyalar və siyasi dialoq sahələrində çox mühüm olan əməkdaşlığı daha da möhkəmləndirməyi və onu getdikcə ölkələrimiz üçün konkret imkanlara çevirməyi hədəfləyirik”, - İtaliya Baş naziri qeyd edib.

Onun sözlərinə görə, hazırda dünyanın üzləşdiyi mürəkkəb bir dövrdə etibarlı tərəfdaşlıqlar əhəmiyyət kəsb edir: "İtaliya və Azərbaycan arasındakı münasibətlər də məhz belə tərəfdaşlıqlardan biridir”.
 

OXŞAR XƏBƏRLƏR