Uşaqların sosial şəbəkələrdə qeydiyyatı və istifadəsi ilə bağlı YENİ TƏNZİMLƏMƏLƏR - VİDEO

Uşaqların sosial şəbəkələrdə qeydiyyatı və istifadəsi ilə bağlı YENİ TƏNZİMLƏMƏLƏR - VİDEO
SOSİAL
01:27 07.06.2026
114
Uşaqların sosial media platformalarında qeydiyyatı qanunvericiliklə tənzimlənəcək.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, ölkədə uşaqların sosial şəbəkələrdə təhlükəsizliyinin gücləndirilməsi istiqamətində yeni qanunvericilik təşəbbüsləri müzakirə olunur. Təklif edilən dəyişikliklər sosial şəbəkələrdən istifadənin yaş meyarları əsasında tənzimlənməsini və uşaqların rəqəmsal mühitdə qarşılaşa biləcəyi risklərdən qorunmasını nəzərdə tutur.

Millət vəkili Ceyhun Məmmədov "Xəzər Xəbər"ə müsahibəsində bildirib ki,  sosial şəbəkələrin sürətlə həyatımıza daxil olması ilə yanaşı, xüsusilə azyaşlıların psixoloji və sosial inkişafına təsirləri də diqqət mərkəzində saxlanılmalıdır.

Onun sözlərinə görə, dünyanın bir çox ölkəsində uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif tənzimləmə mexanizmləri tətbiq edilir. Məqsəd rəqəmsal imkanları məhdudlaşdırmaq deyil, uşaqların yaşına uyğun və təhlükəsiz internet mühitinin formalaşdırılmasına nail olmaqdır. Hazırda müzakirə olunan yanaşmalardan biri də sosial şəbəkələrdə qeydiyyat zamanı yaşın yoxlanılması mexanizmlərinin tətbiqidir. Bu istiqamətdə beynəlxalq təcrübə öyrənilir və müxtəlif modellər nəzərdən keçirilir.

OXŞAR XƏBƏRLƏR