Məğlubiyyət üçün imza axtaranlar – TƏHLİL

Məğlubiyyət üçün imza axtaranlar – TƏHLİL
SİYASƏT
15:50 04.09.2013
1647

Son günlər ölkənin siyasi gündəmində baş verən hadisələrə nəzər yetirsək,yenə Milli Şuranın məğlubiyyətinin qaçılmaz olduğunun şahidi olarıqTəbii ki, sözügedən qurumda vahid namizədliklə bağlı olan çəkişmələr və bu “post” uğrunda davam edən “ayaqqazma” əməliyyatları illərdimüxalifət cəbhəsində olan insanların verdiyi vədlərin bir daha fiaskoya uğradığını sübuta yetirir.

Əslində,müxalifət partiyalarının Şuranı rədd etmək istəkləri Azərbaycan siyasi reallığı üçün o qədər də sensasion yenilik deyil. “Bizim Azərbaycan”, “Azadlıq”, İctimai Palata kimi birliklərin nümunəsində Milli Şura ideyasının da gec-tez fiaskoya uğrayacağı gözlənilən idi. Rüstəm İbrahimbəyov və Cəmil Həsənli cütlüyü İsa Qəmbər və Əli Kərimli cütlüyünə bənzəyir. Belə ki, kinorejissor və tarixçi cütlüyü sələflərinin ənənəsinə uyğun olaraq məsələdə ilk növbədə şəxsi ambisiyalarını əsas xətt olaraq tuturlar.

Bütün sadalanan fikirlərə işiq tutan çox sayda faktlar göstərmək olar. Kənardan “Milli Şura” tərkibində baş verən anarxiyanı görmək üçün orta təhsilli olmaq və çox az məntiqə sahib olmaq kifayətdir.

Cəmil Həsənliyə imza verən 45.000 vətəndaş axtarılır

Yadımdadır, hələ bir neçə ay bundan öncə həmkarlarım Cəmil Həsənlidən “Muhteşem Yüzl”teleserialında Sultan Süleymanın Şah İsmayıl haqqında söylədiyi fikirlər haqqında münasibət öyrənirdi. Hələ o vaxtlar Azərbaycanın şanlı tarixi haqqında yüksək səs tonu ilə danışan Cəmil bəy hazırkı fəaliyyəti ilə istər öz şəxsi avtobioqrafiyasınaistərsə də tarixə çox böyük xəyanət etmiş oldu. Cəmil bəyin ziyalı olması ilə bağlı heç kəsdə şübhə yoxdur. Ancaq 2010-cu il parlament seçkilərində mandat əldə edə bilməməsindən sonra,ömrünün ahıl çağında“şanlı tarix yazmaq” iddiası, qisasçılıq istəyi ilə alışıb-yanması anlaşılandır.

Ancaq bu yaşında müxalifətin lokomotivi olmaq eşqinə düşən Cəmil bəy nədənsə İsa Qəmbər və Əli Kərimli cütlüyünün illərdirapardığı kabinet davasını, dəri parçalı kreslo çəkişməsini görən canlı şahid olduğunu unudur.

Avqustun 30-da sözügedən qurumun prezidentliyə namizədi kimi imza vərəqələrini Mərkəzi Seçki Komissiyasından götürən Cəmil Həsənli 45.000 imzanı toplamaq üçün iş başına keçib. Ancaq bu 45.000 imzanın hazırda Milli Şuranın cəmiyyətə bəlli olan reputasiyasından sonra necə toplanacağı sual altındadır.

Cəmil Həsənlinin MSK-dakı səlahiyyətli nümayəndələrindən biri, AXCP sədrinin müavini Gözəl Bayramlı mətbuata açıqlamasında artıq bölgünün aparıldığını və səslərin yığılması üçün lazımı işərin aparıldığını söyləyib:

«Müsavat Partiyasının qərargahında seçki qərargahı toplaşıb, imza qrupları dəvət olunub. Bu gün imza vərəqələri bütün rayonlara çatdırılacaq. Bakı şəhəri üzrə artıq imzatoplama kampaniyasına başlanıb».

Gözəl Bayramlı deyib ki, namizədin qeydiyyata alınması üçün 45 min imza toplayacaqlar. İmzalardan 21 minini AXCP, 21 minini Müsavat, qalanlarını Milli Şurada təmsil olunan siyasi, ictimai təşkilatlar, fəallar toplayacaq.

“El”çilərin Şura içində “qan-qan” deməsi...

Özündən siyasi tribunalarda tamaşaçı imitasiyası yaradan və sanki heç nədən xəbəri olmayan yeganə fiqur Eldar Namazovdur. “El” hərəkatının təsisçisi uğursuz Rüstəm İbrahimbəyolayihəsindən sonra siyasi durğunluq dövrünü yaşayır. Cəmil Həsənli tenderində kənarda duran “El”çilərlə “Milli Şura”da təmsil olunan partiyalar arasında çoxdandırtoxumu əkilən səsli-küylü qalmaqal sonunda baş tutdu.

Mətbuata daxil olan məlumata görə, “El”in Şuranın sessiyasınaqatılmaması Cəmil Həsənlinin dünən keçirdiyi görüşdə fikir ayrılıqlarının yaranması ilə bağlı olub. Sentyabrın 3-ki iclasda Əli Kərimlinin geniş çıxışı, müəyyən vəzifə bölgülərini aparması “El”çilərin ürəyincə olmayıb və buna görə də iclasdan dərhal sonra hərəkatın ayın 4-nə toplantısı təyin edilib.

Politoloq Qabil Hüseynli hesab edir ki, Eldar Namazovun Milli Şuranın toplantısını boykot etməsi qurumun dağılmasının başlanğıcını qoya bilər. Q.Hüseynli qeyd edib ki, KXCP, ACP və digər üzvlər də Milli Şuradan narazıdırlar: “Qurum daxilində baş verən proseslər bu qüvvələri qane etmir. Eldar Namazovun mərkəzdənqaçma siyasəti də Milli Şuranın parçalanması ilə nəticələnəcək. Baş verən son hadisələr qurum haqqında verilən proqnozları doğruldur”.

Seçkiyə 35 gün qaldı

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə bu günü saymasaq,35 gün qalır. Məlumat üçün deyim ki, hazırda 21 namizədin namizədlik məsələsi MSK tərəfindən qeydə alınsa da, hələ də imza toplamayanların sayı çoxluq təşkil edir. Bunlar arasında “ümidlərin” son ünvanı Cəmil Həsənlinin də adı var. 45 min imzanın toplanması üçün artıq işə başlayan Şura üzvlərinin bu 35 gündə möcüzə reallaşdırması elə də real görünmür. “Evin içində” baş verən, bitib-tükənmək bilməyən kreslo davası, 45 min imzanın toplanması, seçki təbliğatının uğurla aparılması qalibiyyət üçün oynanılan oyuna bənzəmir.

Bu oyun gözdən pərdə asmaqdan başqa heç nə deyil. Bu pərdə isə o qədər nazik parçadan hazırlanıb ki, artıq bu çılpaqlığı bütün ictimaiyyət görür. Deyənlər deyir, susanlar da daima gördüyü işi görür.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq