Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görüşdə Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etdiyi məmnunluqla vurğulanıb və bu əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.Görüşdə həmçinin Azərbaycanın regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında rolu, Azərbaycan və Böyük Britaniyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarına toxunulub və ölkəmizin Avropaya inteqrasiyası prosesi ətrafında fikir mübadiləsi aparılıb.Görüşün sonunda tərəflər iki ölkə arasındakı münasibətlərin gələcəkdə müxtəlif sahələr üzrə daha da dərinləşəcəyinə ümidvar olduqlarını bildiriblər.