Memorandumun ləğv edilməsi barədə diskussiyalar yarandı

Memorandumun ləğv edilməsi barədə diskussiyalar yarandı
Bütün Xəbərlər
15:52 11.12.2012
1065
Milli Məclisdə Azərbaycan və İran hökumətləri arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkə vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında Memorandumun ləğv edilməsi barədə layihənin müzakirəsi zamanı diskussiyalar yaranıb. Sözügedən layihə barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu memorandumların kökündə SSRİ dövründəki mövcud qaydalar əksini tapıb.Millət vəkili Fuad Muradovun sözlərinə görə, bu tip sənədlərin imzalanması və ləğv edilməsi beynəlxalq praktikada asanlıqla həyata keçirilib: «İrana gəlincə, həmişə problem olur. Məsələn, Arazda Xudafərin su anbarının tikilməsinə nə ehtiyac var? Xəzərlə bağlı da İranla belə problemlər olur. Bir müddət əvvəl Kürün səviyyəsinin qalxması ilə bağlı problem yarandı. Xudafərin su anbarı bizim üçün təhlükədir, bunun tikilməsinə ehtiyac yox idi. İndi tikilib, Azərbaycan bu məsələyə diqqətini artırmalıdır ki, çaylarda suyun səviyyəsi artarkən təhlükə olmasın. Bu memoranduma gəlincə, burada heç bir siyasi məqsəd yoxdur. Artıq dünya dəyişib, Azərbaycanın müstəqil ölkə kimi fikirləri beynəlxalq sənədlərdə öz əksini tapacaq”.Millət vəkili Qüdrət Həsənquliyev isə müzakirəyə çıxarılan sənədlərin əleyhinə olduğunu söyləyib: “İranın müəyyən cəhdləri olub, bu cəhdlərin qarşısı təhlükəsizlik orqanlarımız tərəfindən alınıb. Qoy Cənubi Azərbaycandakı soydaşlarımız da, farslar özləri də Azərbaycana gəlsinlər. Biz ümumiyyətlə, İranla viza rejimini aradan qaldırmalıyıq. Özü də tək İranla yox, Avropa ilə də viza rejimini götürməliyik. Rusiya ilə viza rejimi götürülüb, hansı problem yaranıb? İran 1 milyon müsəlmanı torpağından didərgin salmış Ermənistanla əlaqə saxlayır, bu ölkənin ayaq üstə qalmasına yardımçı olur. Sərhədlərin qapanması çıxış yolu deyil. Ona görə də bu məsələyə etirazımı bildirirəm. Həmkarlarımı da bunun əleyhinə səs verməyə çağırıram”.Deputat Siyavuş Novruzov deyib ki, bu Memorandum sərhəd bölgələrində yaşayanların ticarət əlaqəsi yaratmasını nəzərdə tuturdu: “Bu gün Azərbaycan vətəndaşları viza almadan İrana keçə bilər. Lakin biz müxtəlif dini cərəyanların qarşısını almaq, narkotik dövriyyəsinin qarşısını almaq üçün belə addımlar atmalıyıq. Bu, tək farslara yox, orada yaşayan soydaşımıza da aiddir. Biz Azərbaycana gələn şəxslərin kim olduğunu bilməliyik. Bu günün tələbi belədir”.Millət vəkili Zeynəb Xanlarova deputat həmkarı Qüdrət Həsənquliyevin çıxışını bəyəndiyini və dəstəklədiyini deyib: “Axı İranda olanlar bizim qardaşlarımızdır. Qardaşı qardaşdan ayırmaq olar? İndi bəziləri xəstədir, İranda müalicə olunmaq istəyir. Bizi bir-birimizdən təcrid etmək düzgün deyil. Mən bu qərarın əleyhinə səs verəcəyəm. Əgər farsı düşmən hesab ediriksə, onlar üçün belə qərar qəbul edək. Yox, millətimizi qoruyuruqsa, Milli Təhlükəsizlik Nazirliyi nə üçündür, qoy gələnləri yoxlasınlar”.Ziyafət Əsgərov yenidən məsələyə münasibət bildirib: “Söhbət düşmən olmaqdan getmir, orada yaşayanlar qardaşlarımızdır. Memorandumun vaxtı bitib, ya uzadılmalı, ya da ləğv olunmalıdır. Bu barədə danışıqlar aparılır. İran vətəndaşları yenə Azərbaycana gəlib gedəcəklər, ancaq viza ilə. Viza rejimi tətbiq olunacaq, sonra bu məsələyə yenidən qayıdıla bilər”.Müzakirələrdən sonra MM memorandumun ləğv edilməsi barədə layihəni təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrailin İstanbul Konsulluğuna hücumun ANBAAN GÖRÜNTÜLƏRİ
15:28 07.04.2026
İsrailin İstanbul Konsulluğuna hücumun ANBAAN GÖRÜNTÜLƏRİ
Bu ərazilərdə ev tikmək qadağandır - SİYAHI
15:12 07.04.2026
Bu ərazilərdə ev tikmək qadağandır - SİYAHI
Bu şəhərdə pensiyalar ödənildi - RƏSMİ
15:07 07.04.2026
Bu şəhərdə pensiyalar ödənildi - RƏSMİ
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşın həbs müddəti uzadıldı
14:49 07.04.2026
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri və iki əməkdaşın həbs müddəti uzadıldı
Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto
14:46 07.04.2026
Binadan yıxılan qız ADPU-nun tələbəsi imiş - Foto
Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar
14:29 07.04.2026
Prezident Muhsin Şentürkü qəbul etdi - Fotolar
"Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək"
14:27 07.04.2026
"Dövlət başçısının Gürcüstana səfəri strateji tərəfdaşlığın genişlənməsinə yeni təkan verəcək"
Çində yeni təhlükə: Gözə zərər verən virus aşkarlandı
14:08 07.04.2026
Çində yeni təhlükə: Gözə zərər verən virus aşkarlandı
Pezeşkiyandan cəsarətli bəyanat: "Canımı fəda etməyə hazıram"
14:06 07.04.2026
Pezeşkiyandan cəsarətli bəyanat: "Canımı fəda etməyə hazıram"
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
13:49 07.04.2026
İstanbulda İsrail Konsulluğunun yaxınlığında atəş səsləri eşidilib - ölən və xəsarət alan var
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
13:36 07.04.2026
Rəngli uşaq geyimlərində zəhərli maddə təhlükəsi: Qurğuşun aşkarlanıb
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
13:26 07.04.2026
Satbayev Universitetində təhsil alan 29 ADNSU tələbəsi ilə görüş keçirildi - FOTOLAR
Sabah hava necə olacaq?
13:21 07.04.2026
Sabah hava necə olacaq?
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
13:20 07.04.2026
ADNSU “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub - FOTOLAR
"Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır"
13:15 07.04.2026
"Azərbaycan-Gürcüstan əlaqələri qitələrarası enerji və nəqliyyat bağlantılarında müstəsna rol oynayır"
Qumarı ilk oynayan qadınlar olubmuş - ARAŞDIRMA
13:15 07.04.2026
Qumarı ilk oynayan qadınlar olubmuş - ARAŞDIRMA