Məmur oğlu Bakıda restoranda atəş açdı - 6 yaralı var

Məmur oğlu Bakıda restoranda atəş açdı -  6 yaralı var
Bütün Xəbərlər
10:28 22.12.2015
5818
Lökbatandakı restoranda atəş açanlardan biri nazirliklərdən birinin şöbə müdirinin oğludur.
Bu barədə musavat.com-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Hələlik adı çəkilməyən məmur oğlu dostu ilə birlikdə restoranda istirahət edirmiş. Həmin vaxt restoranda başqa müştərilər ad günü mərasimi keçirirmiş. İki dostun ad günü iştirakçıları ilə mübahisəsi düşüb. Mübahisə zamanı dostlardan biri “Vinçester” markalı tüfəng, digəri isə “Makarov” markalı tapança çıxarıb və atəş açmağa başlayıblar.
Nəticədə 6 nəfər - Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyev yaralanıb. Yaralıların hamısı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR