Məmur polis ilə münaqişəsindən danışdı

Məmur polis ilə münaqişəsindən danışdı
Bütün Xəbərlər
13:27 02.07.2014
811
Nazirlik nümayəndəsi və polisin bəyanatlarında fərq var.
M.Mehtalıyev Qubada baş verən insidentdən danışdı.
AZXEBER.COM  Vesti.Az-a istinadən xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyinin Quba rayon idarəsinin rəisi Mustafa Mehtalıyev KİV tərəfindən yayılan xəbərə rəy bildirib.
Qeyd edək ki, yayılan xəbərdə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbirdə Mehtalıyev və polis əməkdaşları arasında qalmaqalın baş verdiyi deyilir.
“Polisin tələblərini yerinə yetirməyən Mustafa Mehtalıyev polis idarəsinə aparılıb, burada onun sərxoş olduğu müəyyənləşdirilib. Əməlinə görə 296-cı maddə ilə administrativ qanun pozuntusuna dair tədbir görüləcək”, məlumatda deyilib.
Amma biz M.Mehtalıyev ilə əlaqə saxladıq, o informasiyanı təkzib etdi. Onun sözlərinə görə, informasiya yanlışdır.
“Başa düşə bilmirəm bu yalanı kim yayıb və nəyə görə? Onlar Quba rayon Polis İdarəsinə istinad edirlər. Amma polisdə mənə dedilər ki, belə bəyanat verə bilməzlər, çünki belə bir hadisə baş verməyib və mən saxlanılmamışam”, - Mehtalıyev deyib.
Məlum olub ki, nazirlik tərəfindən təşkil edilən gənclərin folklor festivalı konsertində kiçik anlaşılmazlıq olub, qonaqlardan birinə qarşı polislər kobud davranıblar. Bunun müqabilində Mehtalıyev asayiş keşikçilərinə bildirib ki, qonaqla belə rəftar etməzlər.
“Amma dalaşmağım, həm də sərxoş olmağım – bu, artıq söhbətdir. Mən konsertdə iştirak etmişəm və nazirlik rəhbərliyi ilə bir sırada oturmuşdum. Siz reportaja baxaraq bundan əmin ola bilərsiz. Mən artıq 17 ildir ki, nazirlikdə işləyirəm və indiyə qədər heç kim məndən şikayətçi olmayıb”, - deyə Mehtalıyev bildirib.
Mehtalıyev qeyd edib ki, jurnalistlər böhtan xarakterli olan bu informasiyanı heç yoxlamayaıblar.
OXŞAR XƏBƏRLƏR