Aktrisa Zarina Qurbanova şəxsi həyatı ilə bağlı danışıb.
Aktrisa AZXEBER.COM-a açıqlamasında bir müddət öncə baş rolunda oynadığı "Arzuların ardınca" filmində öpüşmə səhnəsi haqda danışıb: "Başlanğıcda düşünürdüm ki, sən aktrisasan, hər şeyi etməlisən. Amma bura Azərbaycan olduğu üçün özünə çərçivələr qoymalısan. "Arzuların ardınca” filmi mənim bu sahədə etdiyim ilk və son addım oldu. Çünki qınaqlar çox oldu. Filmin çəkimləri zamanı şəxsi həyatımda problemlər yaşayırdım. O hərəkəti də bəzilərinə acıq olsun deyə etdim. Orada bəzi səhnələrdə dubyor oynayıb. Sadəcə tamaşaçı onu görmür. Nə qədər qınaq olsa da ailəm arxamda durdu.”
Aktrisa deyib ki, tamaşaçıya öpüşmək yox, keyfiyyətli iş lazımdır: "Azərbaycan tamaşaçısı belə işlərin qədrini bilmir. Onu dəyərləndirmir. Tamaşaçıya keyfiyyətli film lazımdır. Misal üçün bu gün 10 komediya filmi çəkilirsə, onun 2-si keyfiyyətlidir. Baş rola sadəcə tanınmış birini çəkirlər və onun sayəsində pul yığırlar. Rejissor fikrini tamaşaçıya düzgün çatdırmalıdır. Keyfiyyətli iş olmayanda tamaşaçı da 1-2 dəfə gəlir sonra əşi Azərbaycan filmdir deyib, keçir.”
Aktrisa şəxsi həyatı haqda da danışıb: "Şəxsi həyatımda olmaq istəyənlər çoxdur. Amma xasiyyətcə qəliz insanam. Sevdiyim insan var. Hələ nə olacaq bilmirəm. Son zamanlar görürük ki, məmurla sevgili olmaq dəbdədir. mən elə insanlarla sevgili ola bilmərəm. Düşüncə tərzlərimiz ayrıdır. Mən onun milyonları da olsa, elə insanla münasibət qura bilmərəm, sıxılaram. Sevgi gözəl ünsiyyətdən başlayır. Ona görə də sevgilim tanınmış idmançıdır”.
Aktrisa sevgilisinin ona qadağa qoyduğunu da deyib: "Əvvəl belə şeylər olmurdu. Elə ki, qəlbimə yol tapdı, qadağalar başladı. Mən də mədəni üsülla əməl etmirəm".
Nazim Qasımzadə,
AZXEBER.COM
AZXEBER.COM
Nazim Qasımzadə,
AZXEBER.COM
AZXEBER.COM