“Siyasi bəyanatların verilməsinin əleyhinəyəm”
Özünü yandıraraq intihar etmiş Qarabağ veteranı Zaur Həsənovun atası oğlunun ölümü ətrafında siyasi bəyanatlar verilməsinin əleyhinə çıxıb. Modern.az-ın xəbərinə görə, mərasim keçirilən yerdə danışan atası qeyd edib ki, oğlunun vəfatı ətrafında aparılan “siyasi şouya qarşıdır”.
Atasının sözlərinə görə, onun adından guya müxalifətçilərin yas mərasiminə gəlməməsi barədə çağırış etməsi barədə deyilənlər yalandır. “Mən belə bir çağırış etməmişəm. Yas yerinə hamı gələ bilər”.