'Mən bilmədim ki, müraciətin mətnində İslam əleyhinə hansısa ifadələr var'
Bütün Xəbərlər
21:45 04.01.2012
1551
Yazıçı Rafiq Tağının qətli ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətdə imzası olan professor Firudin Ağasıoğlu (Cəlilov) imzasından imtina etdiyini bildirib. Bu barədə "Yeni Müsavat"ın müxbirinə açıqlama verən professor deyib ki, o müraciəti tam oxumadan imzalayıb: "Mənə dedilər ki, Rafiq Tağının qətli ilə bağlı belə bir müraciət var, ona imza atmaq lazımdır. Ancaq mən bilmədim ki, müraciətin mətnində İslam əleyhinə hansısa ifadələr var. Buna görə çox təəssüf edirəm".