Xalq artisti Gülyanaq Məmmədova şəxsi həyatından danışıb.
AZXEBER.COM-a danışan xalq artisti həyat
yoldaşının ona çox dəstək olduğunu deyib: "Evdə az oluram. Körpələrimin üzünü az görürəm. Ailənin öz, sənətin də öz yeri var. Hər ikisini əldə tutmaq lazımdır. Onu qorumaq
üçün özümüzdə güc tapmalıyıq, tənbəl olmamalıyıq. İnsan istəsə hər şeyin öhdəsindən gələr. Mən evdə
oturub övladlarıma da baxıram, sənətin arxasınca da qaçıram. Əslində
uşaqlara elə də çox vaxt ayıra bilmirəm. Etiraf edim ki, müəyyən analar kimi uşaqlarımla tam məsuliyyəti ilə məşğul
ola bilmirəm. Bu da zaman baxımından
olur. Amma uşaqlarımın tərbiyəsindəm razıyam. Övladım həm mənim, həm də atalarının sözünü eşidir”.
Müğənni həyat yoldaşından da danışıb: "O mənə çox kömək olur. Sinəmə döyüb deyim ki, hər şeyi tək
mən edirəm yox. O mənə dəstək olmasa, anlayışlı olmasa, bir xanım
kimi məni sevib dəyər verməsə mən heç bir şey edə bilmərəm. Həyat yoldaşımdan
çox razıyam. Qaynanam da çox
şirindir. Onu öz doğma anamdan heç ayırmıram. O, da mənim doğma anamdır. Hətta o olmayanda darıxırıq. Bir gün danışmayanda elə bil nəsə çatmır. Ad günümdə gecə ilə hədiyyəmi
göndərdi. Kimdənsə hədiyyə almaqdan utanırdım”
Müğənni deyib ki, özünü gənc qızlar kimi hiss edir: "Mən yaşımı danmıram. Yaşını gizlədənləri,
azaldanları anlamıram. 44 yaşımı tamamladım. Amma buna baxmayaraq özümü gənc
qızlar kimi hiss edirəm. Əslində mən bu yaşda qaynana olmalıyam amma gəlinlik
dövrümü yaşayıram (gülür). Qocalıq hər kəsə qismət olmur. Hər yaşın öz gözəlliyi
var. Yaşayıb zövq alaq.”
Gülyanaq bacısı Gülyazla münasibətindən də danışıb: "Gülyazla aramda heç vaxt söz-söhbət olmayıb. Mən Gülyazla nəfəs alıram. Əkiz olmasaq da o xəstələnən də, mən
də xəstələnirəm. Ruhən bütün bacı–qardaşlarımız çox bağlıyıq. Evdə 10 uşağıq
kimsə deyə bilməz ki, bunların arasında
incilik olub. Valideynlərimiz bizi belə böyütdükləri üçün onlara minnətdaram. Onları indidən itirməkdən qorxuram. Bir dəfə
anamı burada qoyub özüm rayona məclisə getmişdim. Bir gün rayondakı evdə qalmalı
idim. Mən o bir günü qala bilmədim. O qədər ağladım ki.. Mən həmişə kövrək
insan olmuşam”
Nazim Qasımzadə,
AZXEBER.COM