‘Mən bundan artıq bir şey demək istəmirəm’ – Münasibət

MAQAZİN
00:41 14.06.2012
2176

Türkiyənin Bakıdakı səfiri Ermənistanın xarici işlər nazirinin iradına sərt münasibət bildirib.

“Azərbaycanın torpaqları işğal altındadır. Ermənistan özünü Azərbaycanla müqayisə etməsin". AZXEBER.COM-un Azertac-a istinadən verdiyi xəbərə görə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın azərbaycanlı şəhidlər üçün başsağlığı verən Türkiyənin Ermənistanla bağlı eyni addım atmamasına dair iradına münasibət bildirib. "Əvvəlcə Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərə çəkilsin, daha sonra belə bir açıqlama versin. Bildiyiniz kimi, Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərini tərk etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var. Mən bundan artıq bir şey demək istəmirəm, Azərbaycan torpaqları işğal altındadır və bu torpaqların qaytarılması üçün səylər davam etdiriləcək”, - deyə bildirib.

OXŞAR XƏBƏRLƏR