Yerli şou-biznesdə yeni müğənni peyda olub.
Zeynəb Süleymanova adlı gənc xanım müğənni olmaq üçün cəsarətli addımlar atmağa hazırdır. Zeynəb bu yaxınlarda "youtube" saytında "Öyrətmə mənə" adlı mahnısını yayımlayıb. Sözləri və musiqisi Fuad İbrahimova məxsus mahnını Ruslan Səfərov aranjeman edib.
Zeynəbin sözlərinə görə, ifasını dinləyən hər kəs onun səsini müğənni Rəqsanənin səsinə bənzədir. Gənc xanım açıqlaması zamanı onu da vurğulayıb ki, məşhurluq və şöhrət qazanmaq üçün bütün qurbanlara hazırdır. Hətta açıq-saçıq fotosessesiyalar belə etməyə razılıq verər: "Neçə ki, bunu zamanında Röya, Aygün Kazımova və Rəqsanə etdilər",-deyə müğənni dilə gətirib.