"Mən demokratik yolla deputat seçilmişəm" - Aqil Abbasdan Erkin Qədirliyə cavab

"Mən demokratik yolla deputat seçilmişəm" - Aqil Abbasdan Erkin Qədirliyə cavab
SOSİAL
17:38 25.01.2023
1087
"Bu Erkin Qədirlinin öz şəxsi fikridir. Ona nə demək olar. Demokratik yolla seçilən nə qədər istəsən adam saya bilərəm”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas həmkarı Erkin Qədirlinin "Azərbaycanda demokratik yolla seçilən deputat yoxdur” fikrinə münasibət bildirərkən deyib.

Aqil Abbas qeyd edib ki, YAP-ın üzvləri çoxdur və onlar partiyanın namizədinə səs verirlər:

"Demokratik yolla seçilən deputat çoxdur. YAP-ın üzvü çoxdur, onlar gedib səs verirlər. Bu Erkinin şəxsi fikridir, ona nəsə demək olmaz". 

Aqil Abbas, həmçinin özünün demokratik yolla seçildiyini deyib:

"Mən özüm haqda deyə bilərəm ki, demokratik yolla seçilmişəm. Heç bir partiyanın üzvü deyiləm, 4-cü dəfədir deputat seçilirəm. Gedin Ağcabədidə, Füzulidə, Ağdamda maraqlanın, görəcəksiniz ki, demokratik seçilmişəm, ya yox. Təkcə mən səs verənlərin içində kəndimdən, doğulduğum torpaqdan 5 minə qədər adam var, Abbasov, Vəliyev soyadlı şəxslər var. Onlardan soruşun”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR