‘Mən Elnur Məmmədlinin halına acıyıram’ - Hafiz Hacıyev

‘Mən Elnur Məmmədlinin halına acıyıram’ -  Hafiz Hacıyev
Bütün Xəbərlər
18:10 03.04.2014
3722

“Mən başa düşə bilmirəm ki, bu adamlara o nömrələri kim hədiyyə edir?”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev söyləyib. O son günlər bəzi olimpiya çempionlarının idmanı buraxaraq öz dəbdəbəli həyat tərzləri ilə gündəmə gəlmərinə münasibət bildirib. Partiya sədri, həmin idmançıların prezidentin etimadından sui-istifadə etdiklərini bildirib:

“Çempion olub sərvət qazanan idmançılar, harın həyat tərzindən əl çəkməlidir. Təsadüfi deyil ki, bu gün cənab prezident onlara qayğı göstərir. Amma onlar bundan sui-istifadə edib harınlamağa üstünlük verirlər. Və nəticədə də olimpiya çempionatından qat-qat aşağı yarışlardan məğlub ayrılırlar”.

Hafiz Hacıyev olimpiya çempionu Elnur Məmmədlinin “Porsche” markalı avtomobilinin “10 EM 010” nömrəsini vəzifəli şəxslərdən birinin ona hədiyyə verməsindən də danışıb. O, qeyri-qanuni yolla dövlət nömrə nişanının hədiyyə olunmasının doğru olmadığını bildirib:

“Mən başa düşə bilmirəm ki, bu adamlara o nömrələri kim hədiyyə edir? Bunları bu qədər tərifləyib axırda dab u vəziyyətə çatdırmaq lazım deyildi. Ona görə mən Elnur Məmmədlinin halınma acıyıram. Çünki bu cür adamlar gələcəkdə heç bir uğuru davam etdirə bilməyəcəklər”.

OXŞAR XƏBƏRLƏR