“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi start götürdü - FOTOLAR

“Mən fəxr edirəm ki, Azərbaycanlıyam” layihəsi start götürdü - FOTOLAR
GƏNCLİK
00:33 28.09.2013
3814
TUMIB “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihəsinin başlanılmasına start verib.“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatı dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihəsinin başlanılmasına start verib.Bu gün Trend İnformasiya Agentliyinin Mətbuat Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tərəfindən keçirilən mətbuat konfransında TUMİB-in sədri Çingiz Bayramov layihə barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 3 ay davam edəcək layihədə gənclərin vətənpərvərlik və azərbaycançılıq ideologiyası ilə bağlı lazımi səviyyədə maarifləndirilməsi üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz şəhərlərində təlimlər keçiriləcək, konsertlər təşkil olunacaqdır. Eyni zamanda, həmin regionlarda və ölkəmizin hüdudlarından kənarda yaşayan yeniyetmə və gənc həmvətənlərimiz arasında Vətənə hörmət hissinin və milli şüura sahib olmanın incəliklərinin aşılanması məqsədi ilə vətənpərvərlik ruhunda şeir, mahnı, rəsm əsərləri müsabiqələri, eləcə də gənc jurnalistlər arasında yazı müsabiqəsinin təşkili nəzərdə tutulmuşdur. Müsabiqələrdə qalib gələnlərə mükafatlar və diplomlar təqdim ediləcəkdir.TUMİB “Мən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda 18-29 yaşları olan gənc jurnalistlər arasında məqalə müsabiqəsi də elan edir. Məqalə dövri mətbuatda dərc olunduqdan sonra müsabiqəyə təqdim edilməlidir. Müsabiqə qaliblərinə pul mükafatları veriləcəkdir.Müsabiqədə iştirak edənlər Azərbaycanın tanınmış ziyalılarından ibarət yaradılan münsiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir.Milli Məclisin deputatı, professor Musa Qasımlı çıxış edərək TUMİB – in “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihəsini təqdir edərək Ulu Öndər Heydər Əliyevin sözlərini hər bir Azərbaycanlı üçün qürur mənbəyi olduğunu bildirdi. Daha sonra çıxış edənlər Əməkdar Artist Aybəniz Haşımova, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Əməkdar rəssam Aydın Rəcəbov, bəstəkar Samir Əliyev, TUMİB-in üzvü-filologiya elmləri namizədi Kamalə Ələkbərova, filologiya elmləri namizədi Cahid İsmayıloğlu, TUMİB-in üzvü-Seymur Verdizadə, TUMİB-in üzü – “Xalq Qəzeti”nin əməkdaşı Rauf Əliyev (Kəngərli), TUMİB “Gənclər Mərkəzi”nin rəhbəri Aidə İmamova və başqaları təşkilatçıları təbrik etmiş, layihəyə dəstək olacaqlarını qeyd etmişlər.TUMİB “Мən fəxr edirəm ki, azərbaycanlıyam” mövzusunda 18-29 yaşları olan gənc jurnalistlər arasında məqalə müsabiqəsi də elan edir. Məqalə dövri mətbuatda dərc olunduqdan sonra müsabiqəyə təqdim edilməlidir.Müsabiqənin şərtləriMüsabiqənin keçirlmə tarixləri: 01.10.2013 – 20.12.2013 – cü ilŞeir14-18 və 18-29 yaşlı yeniyetmə və gənclər müsabiqəyə qatıla bilər. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda şeir yazan və intonasiyalı şeir deməyi bacaran: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz şəhərlərində yaşayan habelə Azərbaycandan kənarda yaşayan Azərbaycanlı yeniyetmə və gənclər iştirak edə bilər.Mahnı14-18 və 18-29 yaşlı yeniyetmə və gənclər müsabiqəyə qatıla bilər. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda bəstə yazan və ifaçılar: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz şəhərlərində yaşayan habelə Azərbaycandan kənarda yaşayan Azərbaycanlı yeniyetmə və gənclər iştirak edə bilər.Rəsim14-18 və 18-29 yaşlı yeniyetmə və gənclər müsabiqəyə qatıla bilər. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda rəsim çəkən: Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Tovuz şəhərlərində yaşayan habelə Azərbaycandan kənarda yaşayan Azərbaycanlı yeniyetmə və gənclər iştirak edə bilər.Yazı müsabiqəsiTUMİB “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda gənc jurnalistlər arasında məqalə müsabiqəsi elan edir (18-29 yaş). Məqalə dövrü mətbuatda dərc olunduqdan sonra müsabiqəyə təqdim edilməlidir.1-ci yerin qalibinə – 150 manat2-ci yerin qalibinə -100 manat3-cü yerin qalibinə – 50 manat4-cü yerin qalibinə isə -50 manatƏlaqə vasitələri:Tel: (+99 412) 5117374, (+99477) 2500100e-mail: [email protected]/* */web:www.tumib.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
18:16 16.10.2026
Peskov Zelenskini məsuliyyəti öz üzərinə götürməməkdə ittiham edib
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
17:51 16.10.2026
İsmayıllıda ağır qəza: Sürücü öldü, sərnişinlər yaralandı
Prezident sərəncam imzaladı
17:27 16.10.2026
Prezident sərəncam imzaladı
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
17:16 16.10.2026
Pezeşkian: “ABŞ güc tətbiq etmək əvəzinə, dialoqa üstünlük versə, daha yaxşı olar”
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
17:12 16.10.2026
Zelenski: Ukrayna ABŞ-la yeni görüş barədə danışıqlar aparır
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
16:57 16.10.2026
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
16:46 16.10.2026
Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi