‘Mən İlham Əliyevə uğurlar arzulayıram’ - İqbal Ağazadə

SİYASƏT
14:18 10.10.2013
1855

“Mən İlham Əliyevə uğurlar arzulayıram. İstərdim ki, bizim seçki təbliğatı zamanı səsləndirdiyimiz problemlər qısa zamanda həll olunsun və Azərbaycanda barış və dialoq yaransın”.

AZXEBER.COM-un məlumatına görə, bunu AzNews.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, prezident seçkilərinin nəticələri dünən axşam partiya qərargahında müzakirə edilib: “Seçki bizim üçün dünəndə, 9 oktyabrda qaldı. Biz partiya olaraq dünən axşam bunu müzakirə etdik. 10 oktyabr 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı kurs götürəcəyik. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Hesab edirəm ki, hər bir siyasi təşkilat doğru olanı etməlidir”.

OXŞAR XƏBƏRLƏR