'Mən MTN işçisiyəm, mənə 7340 manat ver' dedi və həbs edildi

Bütün Xəbərlər
13:27 06.08.2012
1915

Sürücü kimi işə düzəlmək istəyən şəxsdən 7 340 manat rüşvət alan şəxs tutulub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər sakininin Tapdıq Əliyev tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında cinayət işi başlanıb və bu istiqamətdə araşdırma aparılıb. Baş Prokurorluqdan bildirilib ki, araşdırma zamanı müəyyən edilib ki, T.Əliyev adınının açıqlanmasını istəməyən Bakı şəhər sakininə özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edib və onun oğlunu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə sürücü kimi işə qəbul edilməsində köməklik göstərəcəyini vəd edib. T.Əliyev işə qəbul edəcək şəxsə rüşvət verəcəyi adı ilə 2011-ci ilin yanvar-mart aylarında ondan 7 340 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. Məlumatda qeyd olunur ki, T.Əliyev öz cinayətkar əməllərini davam etdirərək Şəki rayon sakinindən Korrupsiyaya qarşı mübarizə idarəsinə mühafizəçi və ya əməliyyatçı kimi işə qəbul edilməsində köməklik göstərəcəyini vəd edərək 2010-cu ilin sentyabr ayından 2011-ci ilin mart ayına kimi hissə-hissə ümumilikdə 3 000 manat məbləğində pulu alıb dələduzluq yolu ilə ələ keçirib. Bununla da kifayətlənməyən Tapdıq Əliyev daha sonra Şəki rayon sakininə özünü Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi kimi təqdim edib, onun guya həmin idarənin Şəki şəhərində yaradılacaq regional şöbəsində işə qəbul edilməsinə köməklik göstərəcəyini vəd edərək həmin şəxsdən 4 000 manat məbləğində pul alıb.
OXŞAR XƏBƏRLƏR