"Mən o mahnı ilə Röyaya vurulmuşdum"

"Mən o mahnı ilə Röyaya vurulmuşdum"
MAQAZİN
12:12 03.05.2026
464
Azərbaycanın Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov keçmiş həyat yoldaşı Röya ayxan haqda açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, Anar bildirib ki. xalq artistinə qarşı sevgisi məhz "Bahar" mahnısını dinlədikdən sonra yaranıb.
 
"Röyanın ən çox sevdiyim mahnısı 'Bahar'dır. Mən o mahnı ilə ona vurulmuşam, heç vaxt unutmuram. Ondan əvvəl mahnılarına qulaq asmırdım. Tanış olandan sonra dinləməyə başladım və bu mahnı məni çox təsirləndirdi. Həm də mən mart ayında - bahar fəslində anadan olmuşam".

O, daha sonra ilk dəfə xalq artisti ilə bir araya gəlməsindən danışıb:
 
"Qardaşımın həyat yoldaşının ad günü idi. İlk dəfə orada gördüm. Elə orada aramızda qığılcım yarandı və münasibətimiz başladı".

Qeyd edək ki, bu açıqlamalar sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
OXŞAR XƏBƏRLƏR