FHN-nin kişilərdən ibarət voleybol komandası çempion olub

FHN-nin kişilərdən ibarət voleybol komandası çempion olub
İDMAN
21:28 15.12.2024
381
Gənclər və İdman Nazirliyinin voleybol zalında Azərbaycan Voleybol Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında voleybol yarışı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, yarışda iştirak edən FHN-in kişilərdən ibarət yığma komandası yüksək nəticə göstərib.

Belə ki, 9 komandanın iştirak etdiyi yarışda FHN-in komandası bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Finalda isə SOCAR komandası ilə üz-üzə gələn FHN-in komandası 2:0 hesablı qələbə ilə yarışın çempionu adını qazanıb.

Qaliblərə Gənclər və İdman Nazirliyinin təsis etdiyi kubok və medalar təqdim edilib.
OXŞAR XƏBƏRLƏR