‘Mən sosial şəbəkənin, facebookun bütün fəaliyyətinin məhdudlaşdırılmasını deməmişəm’ - Fəzail Ağamalı

‘Mən sosial şəbəkənin, facebookun bütün fəaliyyətinin məhdudlaşdırılmasını deməmişəm’ -  Fəzail Ağamalı
15:02 14.03.2013
1262

“Məni qınayanların diqqətinə çatdırmaq istəyirəm ki, mənim fikirlərim yanlış başa düşülüb. Mən sosial şəbəkənin, facebookun bütün fəaliyyətinin məhdudlaşdırılmasını deməmişəm, heç bunun tərəfdarı da deyiləm”.

AZXEBER.COM-un xəbər verir ki, bunu “Yeni Müsavat”a açıqlamasında millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyib. Millət vəkili düşünür ki, bütün insanlar ünsiyyət üçün bu sosial şəbəkənin imkanlarından yararlanmalıdır: “Lakin heç bir halda bu geniş yayılan sosial şəbəkənin ekranlarında zorakılıq, terror, dövlət çevrilişi cəhdləri durmalı deyil. Bu gün Misirdə sosial şəbəkənin törətmiş olduğu fəsadlar faktiki olaraq bizim gözümüzün qarşısındadır. Misirdə hələ də qanlar axır. Hakimiyyətə gəlməyin bir yolunun yalnız seçkilərdən keçdiyini görürəm. Hakimiyyətə meydanlardan gəlməyin tamamilə əleyhinəyəm. Çünki hakimiyyətə meydanlardan gəlmək növbəti dəfə də meydanlardan gəlməyə sitimul yaradır. Bu da faciəli bir durum yaradır və Azərbaycan banan respublikasına çevrilir, qan axmaqda da davam edir. Bu gün Azərbaycanda Rusiyanın, İranın çox ciddi maraqları var. Rusiya, İran Azərbaycanda zəif bir hakimiyyətin qurulmasında, etnik qarşıdurmaların yaranmasında maraqlıdır. Bu maraqların sırasında Qərb də, İran da bu sosial şəbəkələr vasitəsilə öz oyunlarını oynayır. Mən bunun məsuliyyətini dərk edərək bu fikirləri söyləmişəm. Bu gün də həmin fikrimdə qalıram”. Deputat bildirdi ki, sosial şəbəkələr Azərbaycanda inqilabların, üsyanların, dağıdıcılığın daşıyıcısı olmalı deyil: “Dünya mətbuatı yazır ki, facebook ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin laboratoriyasında hazırlanmış bir layihədir. Bu, dünyanın istənilən yerinə ötürülür və gənclərin enerjisindən istifadə edərək meydanlara axır. Meydanlara axışanların içərisində gənclərin sırasında ağıllısı da var, avantüristi də. O ağıllı insanlar avantüristləri idarə edə bilmir. Hər hansısa bir partiya və ya təşkilat mitinq keçirəndə ona uzun müddət hazırlaşır və elə meydana çıxırlar. Sözlərini dedikdən sonra dağılışıb gedirlər. Bəs yaxşı, bu sosial şəbəkənin meydana çıxardığı gəncləri sonradan meydandan yığa bilirmi? Qətiyyən yox. Mən bütün bunlardan ehtiyatlanaraq deyirəm ki, gənclər bu kimi işlərdən uzaq olsun”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib