"Mən uydurmaçı deyiləm" – Elzadan icra başçısına cavab

"Mən uydurmaçı deyiləm" – Elzadan icra başçısına cavab
Bütün Xəbərlər
14:29 24.12.2014
1636

Müğənni Əhəd Abıyevə cavab verdi

Təzyiqlərin qarşısında Elza Seyidcahan ancaq yalan danışmadığını iddia edə bildi

“Elza Seyidcahan heç vaxt uydurmaçı olmayıb ”.

Bu sözləri AZXEBER.COM-a Elza Seyidcahan icra başçılarından millət vəkili olmaq təklifi almasıyla bağlı yaydığı məlumatlara verilən sərt reaksiyalara cavab olaraq söylədi. Müğənni haqqında səsləndirilən sərt sözlərin, fikirlərin üstündən hələlik sakitcəsinə keçməyə üstünlük verdi. Bu isə onu deməyə əsas verir ki, Elza Seyidcahan özündə millət vəkili olmaq üçün güclü potensiala, qabiliyyətə, bacarığa malik olması haqqında söylədiyi sözlərdən sonra küncə sıxışıb.

Başqa zaman kiminsə onun barəsində söylədiyi bir kəliməyə görə, ozündən çıxan, haray-həşir salan müğənni icra başçılarının onu təhqir etməsinə göz yumdu. Özünü müdafiə etmək üçün hər hansı mövqe ortaya qoya bilmədi. Sərt sözlərin qarşısında deyə bildiyi isə tək bu oldu: “Hər kəsin dediklərini hörmətlə qarşılayıram”.

3 gün öncə hər kəsin onun natiqliyinə, danışığına, deputata xas xüsusiyyətlərinə, hərəkətlərinə rəhbər şəxslərin heyran qaldığını söyləyən Elza Seyidcahan birdən-birə təhqirlərin qarşısında geri çəkilərək “soyuqqqanlılığına” qapılası oldu. Əcəba???

Müğənni icra başçılarının, bu qurumların birinci, ikinci, üçüncü yetkililərinin onun haqqında söylədiyi fikirlərin qarşısında açıq mövqeyini ortaya qoya bilmədi. Ən azından "Rəhbər şəxslər mənə bildirilər ki, Elza xanım, siz musiqiçi, bəstəkar kimi fəaliyyətinizdən əlavə, sanki hansısa diplomat sahəsi ilə də bağlı təhsil almısınız. Onlar mənim natiqliyimə, danışığıma, hərəkətlərimə heyran qalırlar, məndə deputata xas xüsusiyyətlər görürlər. Bu səbəbdən onlar mənim deputat olmağımı istəyirlər” – sözlərini söyləyən müğənni kimin ona sözügedən təklifi etməsi ilə bağlı bir nəfərin adını belə söyləmədi. Bəlkə də söyləyə bilmədi...

Xatırladaq ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bu məsələlərlə bağlı aşağıdakı sözləri söyləyib: "Elza Seyidcahan bu sözü özündən uydurub. İcra başçısı deputat seçdirmir, deputatı xalq, seçicilər seçir. Həm də axı Elza deputatlığa layiq namizəd deyil. O, getsin heyvanlara mahnı bəstələsin, dovşanlarla söhbət etsin, onun siyasətdə nə işi var?!”

"Elza Seyidcahanla şəxsi tanışlığınız varmı?” sualına Ə.Abıyev belə cavab verdi: "Mənim onunla heç bir tanışlığım yoxdur, ola da bilməz. O cür adamlara təsadüfən salam versəm, əlimi gedib paltar sabunu ilə yuyaram. Bir daha deyirəm, bu qadın özündən uydurub o sözü, çünki heç bir özünə hörmət qoyan icra başçısı o cür söz deməz”.

Orxan

OXŞAR XƏBƏRLƏR