‘Mənə yaraşmaz axı etdiklərimi hamıya göstərim’ – Şeyxin deputat qudası

‘Mənə yaraşmaz axı etdiklərimi hamıya göstərim’ –  Şeyxin deputat qudası
Bütün Xəbərlər
13:06 14.03.2014
1717

“Maşallah olsun, yollarımız gül kimidir”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında 27 saylı Sabunçu ikinci seçki dairəsindən olan deputat Hacı Qalib Salahzadə söyləyib. O, seçicilərlə görüşlərinə az yer verilən deputatlar siyahısında olmasına münasibət bildirib. Q.Salahzadə, əslində həftədə 2-dəfə seçiciləri ilə görüşdüyünü və onların hər birinin şikayətini, problemini həll etdiyini deyib:

“Mənim deputat seçildiyim ərazidəki vətəndaşlarla özünüz görüşə bilərsiniz. Onlardan soruşa da bilərsiniz. Mən vaxtaşırı vətəndaşlarla görüşür, onların şikayətlərini dinləyirəm. Həftədə 2 dəfə mənim bələdiyyədə, məktəblərdə vətəndaşlarla görüşlərim olur. Orada mən şikayətçiləri dinləyir, onların problemlərinin yerindəcə həllinə çalışıram. Birdəki mənim ərazimdə o qədər də şikayətçi olmur. Maşallah olsun, yollarımız gül kimidir. Su, qaz, işıq daima vətəndaşlara verilir”.

Deputat “Nəyə görə vətəndaşlarla görüşləriniz mətbuatda öz əksini tapmır?” sualına isə belə cavab verib:

“Bakılıların belə bir sözü var. Gərək on manatlıq iş görəndə on manatlıq danışasan, min manatlıq görəndə isə min manatlıq. Mənə yaraşmaz axı elədiklərimi hamıya göstərim. Ona görə, kim nə istəyir desin. Mən öz işimi layiqincə yerinə yetirirəm”.

Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR