“Məni generallarla üz-üzə qoymaq istəyirlər” – Elçin Behbudov

“Məni generallarla üz-üzə qoymaq istəyirlər” –  Elçin Behbudov
Bütün Xəbərlər
12:38 30.01.2015
1282
“Son günlər mətbuatda haqqımda yazılanlar mənə qarşı aparılan çirkin kampaniyadır və aranı qızışdırmaq istəyirlər”.
Bu sözləri AZXEBER.COM-a İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin sədri Elçin Behbudov deyib. O bildirib ki, bu cür yazılarla ədliyyə naziri, I dərəcəli ədliyyə müşaviri Fikrət Məmmədov və Penitensiar Xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyevlə məni üz-üzə qoymaq istəyirlər: “Mən bunun qəti əleyhinəyəm. Onların hər ikisinin Azərbaycan dövləti və xalqı qarşısında əməyi böyükdür. Mən nə istəyirdim? Yaranmış problemli situasiyaya aydınlıq gəlsin. Lamiyə Quliyeva haqqında yayılan şayiələrə son qoyulsun, ortada bir təcavüz faktı varsa, araşdırılsın. Məhz bu məqamla bağlı ölkənin baş prokuroruna rəsmi məktubla müraciət etmişdim. Lamiyənin vəkili açıqlama verdi ki, təcavüz faktı olmayıb.
Cənab prezident İlham Əliyev hər zaman deyib ki, problemlər olanda onu həll etməyə səy göstərmək lazımdır. Biz də yaranan problemli vəziyyəti aradan qaldırmağa səy göstəririk. Ədliyyə Nazirliyinin rəhbərliyi və mənim haqqımda yazılanlar isə sadəcə, aranı qızışdırmaq məqsədi daşıyır”.
Orxan
OXŞAR XƏBƏRLƏR