“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar

“Məni həbs edin, canım qurtarsın...” – Şərurlu İsfəndiyar
SOSİAL
15:26 15.05.2025
741
"Məni həbs edin, canım qurtarsın...” – bu, "Şərur” MTK-nın sahibi, tanınmış iş adamı İsfəndiyar Axundovun məhkəmədə dediyi sözlərdir.
 
AZXEBER.COM musavat.com-a istinadən xəbər verir ki, İsfəndiyar Axundovu məhkəməyə çəkən isə "Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur.

İsfəndiyar Axundov Emil Səməndərovu, onun barəsində yekun məhkəmə qərarı olmadan dələduz adlandırıb.

Sonuncu bu sözləri böhtan və təhqir hesab etdiyindən Binəqədi Rayon Məhkəməsində xüsusi ittiham qaydasında şikayət təqdim edib.

İsfəndiyar Axundov düz 6 məhkəmə iclasına gəlməyib. Əslində, bu əməl məhkəməyə sayğısızlıq kimi dəyərləndirilə bilər. Onu yerinə elə xüsusi ittihamçı Emil Səməndərov olsaydı, yəqin ki, barəsində bir tədbir görülərdi. İsfəndiyar Axundov əsaslı bir səbəb göstərmədən məhkəmənin çağırışlarına gəlməyib və ona "gözün üstə qaşın var” deyən də olmayıb.
 
Maraqlıdır ki, vəkili bunu İsfəndiyar Axundovun savadsızlığı ilə izah edib.

"Onun savadı yoxdur, hüquqi prosesləri anlamır”, - bu da vəkilinin sözləridir.  İsfəndiyar Axundov məhkəməyə gəlmək istəmir, amma məhkəməyə gəlmədiyi üçün verilən həbs qətimkan və ölkədən çıxış qadağası vəsatətlərinə də etiraz edir. Özü hesab edir ki,  kimsə onu aldada bilməz, amma hər kəs onu günahkar saya bilər.

 "Məhkəmənin gedişini necə qiymətləndirirsiniz?” sualına verdiyi cavabı da, İsfəndiyar Axundovun cəzasız qalacağına güvənci kimi də dəyərləndirmək olar. O, hakimin 6 çağırışını iqnor edib məhkəmə prosesi getmir və "Get, hakimdən soruş…”, deyir.

Məhkəmədə bir tərəfdə şikayətçi Emil Səməndərov, o biri tərəfdə isə özünü "qurban” kimi təqdim edən İsfəndiyar Axundov dayanıb.

Görəsən, İsfəndiyar Axundovun "savadım yoxdur” müdafiə xəttini seçməsi xilas edəcəkmi? Onu qarşı tərəfi dələduz adlandırmasının məsuliyyətindən azad olunmasına yol açacaqmı?

Bəlkə də, biz bu məhkəməyə hüquqi hadisə kimi yox, ictimai dram kimi baxmalıyıq. Axı burada artıq söhbət təkcə böhtandan, təhqirdən getmir. Bu işin simasında zənginlik, məsuliyyətsizlik və cəzasızlıq görünür.

İsfəndiyar Axundovun hələ də azadlıqda olmasını sadəcə hüquqi prosesin təmkinliyi kimi qiymətləndirmək də çətindir. Bu, ədalətin yubanmasına bəraət qazandırmır. İsfəndiyar Axundovun "xahiş etmişəm ki, məni həbs etsinlər” deməsi də ziddiyyətlidir. Cinayət törətməkdə ittiham edilən İsfəndiyar Axundov məhkəmədə özünü günahsız bilir, amma həbs olunmaq istədiyini deyir. Görəsən, bu hansı hüquq fəlsəfəsində yazılıb?

Bəs İsfəndiyar Axundov özü demişkən, "can qurtaran” cəzanın müddəti nə qədər ola bilər?

"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, əgər İsfəndiyar Axundova qarşı irəli sürülmüş ittihamlar Cinayət Məcəlləsinin 147.2-ci (böhtan – ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmə) və 148-ci (təhqir) maddələri üzrə təsdiqlənərsə, məhkəmə onun barəsində azadlıqdan məhrumetmə də daxil olmaqla, bir neçə cəzadan birini seçə bilər:

-Bu maddələr xüsusi ittiham qaydasında baxılan işlərə aiddir. Yəni belə işlərdə ittihamçı kimi dövlət ittihamçısı deyil, zərərçəkmiş şəxs, bu halda Emil Səməndərov özü ittihamı irəli sürüb və cinayət təqibinə başlayıb.

Azərbaycan Cinayət Məcəlləsinin 147.2-ci maddəsi, yəni böhtan atma, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etmədir. Bir şəxsin barəsində məhkəmə hökmü olmadan ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etmək cinayət məsuliyyəti yaradır. Belə əmələ görə məhkəmə  cəza tədbiri olaraq 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası verə bilər.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi, yəni təhqir etmə, şərəf və ləyaqətin alçaldılmasıdır. Təhqir ictimai şəkildə, KİV vasitəsilə və ya ictimai çıxışda ifadə edilərsə bu halda 500 manatdan 1000 manatadək cərimə, və ya 1 ilədək islah işləri cəzası verilə bilər. Hakim 6 ayadək azadlığın məhdudlaşdırılması cəzası da təyin edə bilər.

Natiq Ələsgərov deyib ki, əgər İsfəndiyar Axundovun əvvəllər məhkumluğu yoxdursa, ictimai fəaliyyəti və yaşı, həmçinin zərərin xarakteri və məhkəmədəki davranışı yüngülləşdirici hallar sayılarsa, bu halda məhkəmə onun barəsində azadlıqdan məhrumetmə deyil, cərimə, şərti cəza və ya ictimai işlər kimi yüngül alternativ cəzalarla kifayətlənə bilər.

Bununla belə, xüsusi ittihamçı İsfəndiyar Axundovun ona böhtan və təhqiri qəsdən və ictimai şəkildə etdiyini sübut etsə, eyni zamanda İsfəndiyar Axundov prosesi uzatmaqda və iştirakdan yayınmaqda davam etsə,  əvvəllər də bu tip hallara yol veribsə, bu halda məhkəmə onun barəsində azadlıqdan məhrumetmə cəzası da təyin edə bilər. İttihamlar sübuta yetirilsə, İsfəndiyar Axundovu maksimum olaraq 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Amma bu, məhkəmənin sonda verəcəyi faktiki sübutlara əsaslanan qərardan asılı olacaq.

Məhkəmənin növbəti iclası mayın 24-nə təyin olunub. Həmin gün İsfəndiyar Axundov üçün azadlığın son günü ola bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT