"Məni sağlığımda sevin, dəyər verin. Öləndən sonra dediyiniz xoş sözləri mən eşitməyəcəyəm".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Nadir Qafarzadə deyib.
"Sevimli səhər" verilişində qonaq olan sənətçi Rasim Balayevi yad edərək kövrək anlar yaşayıb:
"Bir gün Rasim Balayevlə danışanda ona dedim ki, "Rasim bəy, bilirsiniz siz kimsiniz? Siz necə bir dəyərsiniz?” Güldü, dedi ki, "Mən kiməm axı?” Görün bu insan necə sadə idi. O sağ olanda niyə görmürdük efirlərdə, niyə dəvət etmirdiniz onu? Dünyadan köçəndə oldu böyük sənətkar? Başladılar paylaşmağa... O bir də bu həyata gəlməyəcək. Onu heç əvəz edə bilən də olmayacaq".
Sənətçi hər kəsi sənətkarlara zamanında dəyər verməyə çağırıb:
"Hamımız ölüb gedəcəyik... Dəyərli insanları sağlığında yad etmək, sevindirmək lazım idi. Mən öləndən sonra neynirəm mənə həsr edəcəyiniz verilişi? Mən artıq getdim... Bunu sağlığımda edib məni sevindirin. Bütün bu şəxslərin dəyərini zamanında bilmək lazımdır. Şövkət Ələkbərova, Rəşid Behbudov öldü, onlardan bir də doğulmadı".
Aysel











































