"Mənim nitqimdə qüsur yoxdur" - Ceyhun Səfərov

"Mənim nitqimdə qüsur yoxdur" -  Ceyhun Səfərov
MEDİA
17:10 11.12.2015
6430

MTRŞ “ədəbi dilin qorunması” layihəsi çərçivəsində efir məkanında dilin normalarına əməl etməyən aparıcıların siyahısını təqdim edib.

Siyahıda adı olan aparıcılar arasında ATV kanalının əməkdaşı Ceyhun Səfərovun da adı olub. Aparıcı AZXEBER.COM-a açıqlamasında belə monitorinqlərin aparılmasını dəstəklədiyini , ancaq MTRŞ-nin onun adını da siyahıya əlavə etməsini qəbul etmədiyini deyib:

 “Mənim nitqimdə heç bir qüsur yoxdur. Canlı efirdi və bu hər bir kəsin başına gələ bilər. Mənim nitqimdə qüsur olsa mən canlı efirdə xəbərlər apara bilmərəm. Bəzi həmkarlarım bunu düzgün qeyd etməyib. Bu monitorinq dilin morfoloji, sintaktik və digər normalarına düzgün riayət olunmamasını faktlarla göstərir. Bu da çox yaxşı haldır və layihədir. Mən də bunu dəstəkləyirəm”.

Günel
OXŞAR XƏBƏRLƏR