'Mənim Prezidentim' Gənclər Təşəbbüs Qrupu Bakının səmasını işıqlandırdı - FOTOLAR

GƏNCLİK
14:55 04.10.2013
1820

“Mənim Prezidentim” Gənclər Təşəbbüs Qrupu tərəfindən növbəti aksiya həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, gənclər Dənizkənarı Milli Parkdan gəmi ilə dənizə açılaraq, səmaya “Mənim Prezidentim” Gənclər Təşəbbüs Qrupunun rəmzi olan qırmızı hava şarları buraxıblar.Aksiyada iştirak edən gənclər havaya buraxdıqları qırmızı hava şarları ilə öz parlaq və işıqlı gələcəklərinə inam hissini bildiriblər. Səmaya buraxılan hava şarları, sahildə izləyənlərin də böyük marağına səbəb olub.Qeyd edək ki, “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu son 10 il ərzində Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini ictimayyətə çatdırmaq məqsədi ilə yaradılıb.Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək və Təşəbbüs Qrupuna qoşulmaq üçün fb.com/mypresident.az səhifəsinə vəwww.mp2013.az veb-saytına daxil olmaq kifayətdir.

OXŞAR XƏBƏRLƏR