“Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib” - AMEA prezidenti

“Mənzil alacaq alimlərin siyahısı müəyyənləşib” - AMEA prezidenti
Bütün Xəbərlər
12:17 22.11.2013
1058

“Bakıda aspirantlar yataqxanasının yerində tikilən binada mənzil alacaq alimlərin siyahısı müəyyənləşib”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib.

A. Əlizadə bildirib ki, siyahıda AMEA-da çalışmayanların adları da var imiş: “Siyahıdan belə şəxslərin adları çıxarılıb”.

AMEA preziddenti jurnalistlər kimi, alimlər üçün də mənzillər tikilməsini arzuladıqlarını söyləyib: “Bu, niyyətdir və bununla bağlı ölkə prezidenti qarşısında təşəbbüslə çıxış etmək istəyirik. Jurnalistlər şəhərciyi kimi alimlər şəhərciyi də olsun”.(APA)

OXŞAR XƏBƏRLƏR