Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski

Məqsədimizə çatırıq, 15 km-dan çox irəlilədik - Zelenski
DÜNYA
09:08 28.10.2026
244
Ukrayna Milli Qvardiyasının "II Xartiya” korpusunun həyata keçirdiyi "Veles” əməliyyatı çərçivəsində indiyədək 100-dən çox rusiyalı işğalçı məhv edilib, 30-dan çoxu isə əsir götürülüb. Yeraltı irəliləyişin məsafəsi 15 kilometri ötüb.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında məlumat verib.

O xatırladıb ki, Rusiya hərbçiləri əvvəllər də Ukrayna mövqelərinin arxasına keçmək və hücum əməliyyatları həyata keçirmək üçün yeraltı qaz kommunikasiyalarından istifadə etməyə cəhd göstəriblər.

Zelenskinin sözlərinə görə, Ukrayna hərbçiləri bu taktikanı uğurla mənimsəyərək onu təkmilləşdirib, daha düşünülmüş və texnoloji baxımdan daha müasir hala gətiriblər:

"İnsanlarımızın həyatını qoruyur, işğalçıya itkilər verdirir və Kupyansk istiqamətində qarşıya qoyulan məqsədlərə nail oluruq”.
 
///axar.az///
OXŞAR XƏBƏRLƏR