“Mercedes” aşdı, sürücü öldü

“Mercedes” aşdı, sürücü öldü
Bütün Xəbərlər
16:27 21.11.2013
681

Hadisə Qobu qəsəbəsinin ərazisində baş verib

Ötən gün saat 17:00 radələrində Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qəsəbə sakini Namiq Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR