Xəbər verdiyimiz kimi, dünən Mərdəkan çimərliyində 4 nəfər batıb.
Dənizdə batanlar dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər vətəndaş - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları davam etdirilir.
AZXEBER.COM-un əldə etdiyi məlumata görə Lerikin Orand kəndindən olan 4 gənc Vətən müharibəsi şəhidi Məcidzadə Saleh Nəriman oğlunun qohumlarıdır.
Belə ki, dənizdə batan gənclər şəhidin əmisi, bibisi və dayısı oğlanlarıdır.











































