Xəbər verdiyimiz kimi, jurnalist Rasim Əliyev bu gün Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib.
İlkin iddiaya görə, jurnalisti “Qəbələ”nin hücumçusu Cavid Hüseynovun qohumları döyüb və o bu üzdən xəstəxanaya düşüb.
AZXEBER.COM-un məlumatına görə, jurnalist təhdid olunduğunu 15 gün bundan öncə 25 iyul tarixində şəxsi “facebook” səhifəsində yazıb və həmkarlarından yardım istəyibmiş:
“Hörmət dostlar, əgər sosial şəbəkədə təhdid olunuramsa, mənə hədə-qorxular gəlirsə, hansı quruma müraciət etməliyəm? Məlumat verin, zəhmət olmasa”
