Mərhum jurnalistin bacısı "Qaçqınkom"un yeni sədrinə müraciət etdi - MƏTN

Mərhum jurnalistin bacısı "Qaçqınkom"un yeni sədrinə müraciət etdi - MƏTN
SOSİAL
14:56 02.05.2018
4017

Mərhum jurnalist Zabil Müqabiloğlunun bacısı, Zəngilan rayonundan qaçqın düşmüş Sevinc Fərhadova Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayevə müraciət edib.

İnanırıq ki, adıçəkilən quruma yeni təyinat alan R.Rzayev evsiz-eşiksiz qalan, illərlə yataxanada yaşamağa məcbur olan, nəticədə evi yanıb kül olan və bütün ailə üzvlərini itirmiş S.Fərhadovaya kömək edəcək.

AZXEBER.COM S.Fərhadovanın "Qaçqınkom"un yeni sədri R.Rzayevə ünvanladığı müraciəti olduğu kimi kimi təqdim edirik: 

Cənab Sədr!

Ermənilərin silahlı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər Sizin diqqət və qayğınızla daim əhatə olunub. Zəngilan rayonundan məcburi köçkün kimi bizlər də Sizin qayğınızı həmişə öz üzərimizdə hiss etmişik. Digər Zəngilan sakinləri kimi, bizim ailə də 1993-cü ildə erməni terroru nəticəsində öz doğma dədə-baba torpaqlarımızdan didərgin düşdü. O vaxtdan ailəmizlə bərabər Sabunçu rayon Pirşağı qəsəbəsindəki Məşəl düşərgəsində məskunlaşmışdıq. Öz isti yuvasından didərgin düşmüş valideynlərim bizi – övladlarını ( iki qız, bir oğlan) böyük əziyyətlə böyütdü, onların bircə gün belə olsun üzləri gülmədi: problemlər, məşəqqətlər, qaçqın həyatı... Atam – Fərhadov Müqabil Nəci oğlu 2015-ci ildə, anam – Fərhadova Solmaz Dadaş qızı isə 2016-cı ildə dünyasını dəyişdi.

Ardınca da qardaşım, tanınmış jurnalist Zabil Müqabiloğlu 2017-ci ildə vəfat etdi. Qardaşım, ölkənin ən məşhur imzalarından olan Zabil Müqabiloğlu sağlığında "525-ci qəzet”, "Avropa”, "Tərcüman”, "Yeni Müsavat” qəzetlərində çalışıb və gunxeber.com xəbər saytının baş redaktoru olub. Zabil bütün gəncliyini Azərbaycan mətbuataının inkişafına, ölkəmizin milli maraqlarının qorunmasına həsr etdi. İndi onun da bir övladı bizlərə əmanət qalıb.

Nəzərinizə çatdırım ki, atam, anam, bacım və qardaşım Sabunçu rayonu Pirşağı qəsəbəsi Məşəl düşərgəsində yaşayırdıq. Dövlət tərəfindən heç vaxt mənzillə təmin olunmamışıq. Ailə üzvlərimizin hamısı dünyasını dəyişəndən sonra mən həmin ünvanda tək yaşayırdım. Ailə həyatı qurmamışam. Tək başına, bir qarnı ac-bir qarnı tox yaşayırdım... Lakin...

Cənab Sədr!

Həmin ünvandakı mənzilimiz bu il, mart ayının 21-də gecə saatlarında (04:00 radələrində) yanıb kül oldu. Mənzil yananda mən evdə olmamışam, bayram günü olduğuna görə bacımgilə qonaq gtemişdim. Gecə qonşular mənə zəng edərək evimizin yandığını dedilər. Evdə hər şey yanıb kül oldu – bütün əşyalar, ən əsası da Zabilin xatirələri... məhv oldu! Evdən heç nə çıxarmaq mümkün olmadı. İndi qalmağa yerim yoxdur, evimiz yanıb kül olandan bəri onun-bunun evində gecələyirəm. Subay qadınam, nə edəcəyimi, kimə sığınacağımı bilmirəm. Mən Sizə, dövlətimə sığınıram. İnanıram ki, məni bu çətinlikdən xilas edəcəksiniz...

Cənab Sədr!

Sizdən xahiş edirəm ki, Zəngilan rayonundan məcburi köçkün olduğumu, dövlət tərəfindən məcburi köçkün olduğumuza görə heç vaxt mənzillə təmin olunmamağımızı, düşərgədə yaşadığım mənzilin yanıb kül olmasını, tək qalmağımı nəzərə alaraq mənim mənzillə təmin olunmağım üçün lazımı göstərişlər verəsiniz!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
Moskva-İrəvan reysləri ləğv olundu
18:56 29.07.2025
Moskva-İrəvan reysləri ləğv olundu
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib
18:37 29.07.2025
"Aeroflot" iyulun 29-da "Şeremetyevo" hava limanında 53 reysi ləğv edib