Merin kürəkəni öldürüldü

DÜNYA
09:18 13.04.2012
2515

27 yaşlı Karen Esayanı öz maşınında qətlə yetiriblər

Ermənistanın Gümrü şəhərində 27 yaşlı Karen Esayan öz maşınında qətlə yetirilib. ANS PRESS-in 1in.am-a istinadən verdiyi məlumata görə, onun meyiti özünə məxsus “Mercedes-Benz” markalı avtomobildə tapılıb. Karen Esayan Gümrü şəhərinin meri Vardan Qukasyanın qızının nişanlısıdır. Dünən səhər Karen Esayanın valideynləri polis müraciət edərək, övladlarının itkin düşdüyünü bildiriblər. Axtarışlar gecə saatlarında nəticə verib və onun meyiti tapılıb. Vardan Qukasyan şadisənin baş verdiyini təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR