Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatların həcmi 2016-cı il iyul ayının 1-nə 4 milyard 283,9 milyon dollar təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 milyard 236,3 milyon dollar və ya 49,83% azdır.
May ayı ilə müqayisədə iyunda valyuta ehtiyatları 0,4 milyon manat və ya 0,01% azalıb.
Valyuta ehtiyatlarında 3 aylıq artımdan sonra azalma qeydə alınıb.