Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti, görkəmli aktyor Yaşar Nurinin vəziyyəti pisləşib. Aktyor ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva aktyorun süni nəfəs aparatına bağlı olduğunu deyir.
AZXEBER.COM-un məlumatına görə, bu gün axşam saatlarında Yaşar Nurinin ölüm xəbəri yayılıb. "Facebook" sosial şəbəkəsində yayılan bu məlumatın doğru olub-olmadığı ilə bağlı AZXEBER.COM portalı Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, Yaşar Nuri sağdır, yanına heç kim buraxılmır.
AZXEBER.COM portalı məsələylə bağlı Yaşar Nurinin ailəsi ilə də əlaqə saxlayıb. Onlar da xəbəri təkzib ediblər.