Mərkəzi Gömrük Hospitalında yenilik

SAĞLAMLIQ
18:50 22.04.2014
2899
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı Azərbaycan səhiyyəsində daha bir yeniliyə imza atıb.
DGK mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hospitalın Nefrologiya və Efferent Terapiya şöbəsində Qafqazda ilk dəfə olaraq dializ xəstələrinin müalicəsində istifadə olunan Neksadiya dializ proqramının tətbiqinə başlanılıb.
Dializ sahəsində ən mütərəqqi sistemin tətbiqi zamanı hospitala daxil olan xəstələr xüsusi çip kartlarla təmin edilir. Bu kartda əsasən pasiyentin və onun xəstəliyinin inkişafı haqqında məlumatlar öz əksini tapır. Müalicə zamanı aparata daxil edilən çip kart həkimlərə prosesi onlayn şəkildə izləməyə imkan verir.
Mərkəzi Gömrük Hospitalında tətbiq olunan süni böyrək cihazları dializ zamanı adekvatlıq indekslərini (KT/V və URR) izləməyə imkan yaradır. Dializ aləmində ən mürəkkəb sayılan damar yolu və resirkulyasiyanı düzgün hesablamaq üçün şöbədə yeni KritLayn (CritLine) cihazının istifadəsinə də başlanılıb.
Kritlayn cihazı prosedur zamanı xəstənin hemoqlobinini, hematokriti, oksigen saturasiyasını və resirkulyasiya indeksini onlayn rejimdə izləməyə imkan verir. Bundan əlavə, bu cihaz ademiya sistemi ilə təchiz olunub. Ademiya sistemi onlayn rejimdə xəstənin adekvatlıq indekslərini qeyd etməyə imkan verir. Onlayn olaraq KT/V və URR indeksləri də izlənilə bilir.
Qeyd edək ki, yeni sistemin tətbiqi xəstə haqqında mütəxəssislərin daha düzgün qərar qəbul etməsini və xəstəliyin inkişafını daim müşahidə altında 
saxlamağa imkan verir. Sistemin tətbiqi üçün Almaniya istehsalı olan 6 ədəd xüsusi aparat alınaraq hospitalda quraşdırılıb. Bu da dializ xəstələrinin tibb elminin ən mütərəqqi üsulları ilə müalicəsinə imkan verəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir