Sentyabr ayının 30-u ölkənin tanınmış media orqanlarından ibarət bir qrup jurnalist Gəncə şəhərinə səfər edib. Səfərin əsasməqsədi Qərb bölgəsinin ən müasir xəstəxanası olan Mərkəzi Klinika Gəncə Xəstəxanası ilə tanışlıq olub.
AZXEBER.COM xəbər verir ki, xəstəxananın Baş direktoru Həsən Qəndilov və baş həkim Şamil Bədəlov jurnalistlərin suallarını cavablandıraraq, xəstəxana haqqında ümumi məlumat veriblər. Verilən məlumata görə, Gəncə Müalicə Diaqnostika Mərkəzi MMC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında 2008-ci ildə inşa edilib. Mərkəz əsaslı təmir-tikinti və yenidənqurma işlərindən sonra konseptini dəyişib və Regional Mərkəzə çevrilərək geniş profilli səhiyyə müəssisəsi kimi 2013-cü il sentyabr ayından etibarən "Mərkəzi Klinika Gəncə Xəstəxanası” adı altında istifadəyə verilib.
Xəstəxananın həyətyanı sahəsi 22.500 m2 və ümumi sahəsi isə 12.404 m2-dir. Planlaşdırılmış əsaslı tikinti və yenidənqurma işlərindən sonra xəstəxananın tibbi xidmət göstərilən sahəsi əvvəlki ilə müqayisədə təxminən 45%, yəni 3300 m2 artırılıb. Ümumi çarpayı fondu dörd dəfədən də çox artırılaraq 27 ədəddən 100 ədədə çatdırılıb və ehtiyac olarsa, 20 çarpayı daha əlavə artırmaq imkanı var. Bundan başqa, əməliyyat otaqlarında aparılmış rekonstruksiya işləri nəticəsində hər dörd əməliyyatxanada istənilən növ və həcmdə(kiçik, orta, və böyük ölçülü) olan əməliyyatların aparılmasına imkan yaradılıb.
Xəstəxanada quraşdırılan ən müasir tibbi cihazlar, avadanlıqlar istənilən müayinə və müalicənin yüksək səviyyədə həyata keçirilməsinə imkan yaradır. Xəstəxanada Ürək Damar cərrahiyyəsi, Ümumi cərrahiyyə, Urologiya, Ortopediya və Travmatologiya, Neyrocərrahiyyə, Nevrologiya Oftalmologiya, Qastroentologiya, Kardiologiya, Təcili Tibbi Yardım, Ginekologiya, Neantologiya, Tibbi laboratoriya, İnvaziv radiologiya, Fizio Terapiya, Stomatologiya, Nefrologiya, Ginekologiya və Neyrocərrahiyyə şöbələri və s. şöbələr fəaliyyət göstərir.
Tanışlıq zamanı jurnalistlərin diqqətini ən çox çəkən və aktual mövzulardan biri olan süni mayalanma olub. Paytaxtdan kənarda yerləşməsinə baxmayaraq, bu günə qədər MKGX-də bu günə qədər onlarla süni mayalanma proseduru həyata keçirilib və nəticələrin hamsı uğurlu olub. Bu informasiya jurnalistər tərəfindən maraql a qarşılandı. Daha sonra xəstəxanın baş direktoru Həsən Qəndilov 2016-cı ilin aprelində baş vermiş döyüşlər zamanı xəstəxananın fəaliyyətindən danışaraq, yerli əhaliyə xidmətin dayandırıldığını və yalnız yaralı əsgərlərə xidmət göstərildiyini vurğulayıb. MKGX-nın baş həkimi Şamil Bədəlov xəstəxananın personalından danışaraq, həkimlərin profesional seviyyəsi barədə məlumat verdi. Məlum oldu ki, xəstəxana da fəaliyyət göstərən həkimlərin əksəriyyəti dünyanın aparıcı dövlətlərində işləmiş və təcrübə toplamışlardan ibarətdir.
Bununla yanaşı xəstəxana həm də yerli Tibb Kollecinin tələbələrini də işsiz buraxmır. Burada kolleci bitirmiş tibb bacılarının işlə təmin olunması üçün lazımi dəstək göstərilir. Daha sonra jurnalistlər xəstəxananın bütün bölmələrini gəzib, həkimlərlə və müasir avadanlıqlarla yaxından tanış olub, həkimlərə onları maraqlandıran suallarla müraciət etmişlər.