Bu gün saat 22:00-dan etibarən.
Bakıda bir neçə yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
AZXEBER.COM xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən bu gün saat 22:00-dan etibarən, Səbail rayonu Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin və Lermontov küçələrində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Məlumata əsasən, ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.