Mərkəzi Neftçilər Xəstəxanasında həkim səhvi növbəti dəfə can aldı - ŞİKAYƏT

Mərkəzi Neftçilər Xəstəxanasında həkim səhvi növbəti dəfə can aldı - ŞİKAYƏT
Bütün Xəbərlər
11:45 26.04.2016
65348

Mərkəzi Neftçilər Xəstəxanasında həkimin səhlənkarlığı ucbatından növbəti ölüm faktı qeydə alınıb. Bu barədə AZXEBER.COM-a dünyasını həkim Abbasəli Abbasəliyevin səhlənkarlığı ucbatından dəyişmiş xəstənin qızı məlumat verib.

Bakı sakini Həcər Alxasovanın dediyinə görə, 2016-ci ilin mart ayında atası Alxasov Murad ürəyində yaranmış yüngülproblemlə əlaqədar Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib:

"Mən, Alxasova Həcər Murad qızı atamın həkim səhlənkarlığı nəticəsində vaxtsız ölümü ilə bağlı bəzi faktları sizinlə paylaşaraq bu mövzunu portalınızda işıqlandırmanızı xahiş edirəm. İnsanın doğmasının öz əcəli ilə yox, məhz hansısa həkimin səhvi və səhlənkarlığı nəticəsində itirməsi qədər ağrılı dərd yoxdur. Təəssüf ki, bəzi həkimlərin insan həyatına laqeyd yanaşması bir çox ailənin çırağını söndürür, övladları valideynsiz, valideynləri övladsız qoyur. Artıq atamızı heç nə geri qaytara bilməyəcək. Artıq heç bir söz keçirdiyimiz bu dəhşətli günlərə təsəlli, qanayan yaramıza məlhəm ola bilməyəcək. Amma bizim başımıza gələnlər başqalarının da başına gəlməsin, bizim yaşadığımız taleyi başqaları da yaşamasın deyə həkim seçimində daha diqqətli olmaları üçün baş verənləri bütün incəlikləri ilə oxucularınızla bölüşmək istərdim.

Atam 1958-ci il təvəllüdlü Alxasov Murad Səfər oğlu ilə 12.03.2016-cı il tarixdə yüngül gərginlik stenokardiyası şikayətləri ilə Mərkəzi Neftçilər Xəstəxanasında Kadiologiya şöbəsinin müdiri, həkim Abbasəli Abbasəliyevin qəbulunda olduq. El arasında Anju kimi tanınan koronaroangioqrafiya müayinəsindən keçdikdən sonra ürəyin 3 damarının 75-90 faizli daralması diaqnozu ilə, damar statusu qiymətləndirmədən təcili stent qoymaq lazım olduğunu bildirdi. Çətinliklə keçən stent implantasiyası zamanı stent həkimin əlindən sürüşərək qan dövranına salındı; açıq əməliyyatla qasıq nahiyəsindən çıxarıldı. Buna baxmayaraq, prosedur 3 saat davam etdirildi və çox çətinliklə LAD damara (əsas magistral damar) 2 stent qoyuldu. İki gün sonra Kardioloq A. Abbasəliyev özü qoyduğu LAD damarın stentindən narahat olaraq yenidən anju müayinəsi etdi. Həkim Rəşad Mahmudovla birlikdə təkrar müayinədə stentlərin açıq və yerində olduğuna, heç bir problem olmadığına qərar verildi. Onu da bildirim ki, əməliyyat zamanı qan itirmiş xəstədə dəfələrlə təkid etməmizə baxmayaraq, hemoqlobin yoxlanılmadı, yalnız evə yazılan zaman təkidlə yoxlanıldı və bu zaman kəskin aşağı düşdüyü (ilkin 14,9, buraxılış zamanı 8,3) aşkar olundu. Buna baxmayaraq, stent qoyulmuş, açıq əməliyyatdan çıxmış, hemoqlobini kəskin düşmüş, nəticədə xəstəxanada olduğu müddətdə sinkopa (özündən getmə) düşmüş və ürək infarktına səbəb olmuş xəstəni 8,3 hemoqlobinlə evə yazırlar. Hələ bu harasıdır ?! Evə yazıldıqdan bir gün sonra xəstədə gəlib-keçici, göynədici, tipik angina pectoris (ürək ağrıları) şikayətləri başlayır. Dəfələrlə A. Abbasəliyevə xəstənin şikayətləri haqda məlumat verməyimizə baxmayaraq, həkim heç bir narahatlığa əsas olmadığını, yalnız nitroglicerin dərmanını qəbul etməli olduğunu bildirir".

O həmin gün növbətçi olan Bahadur həkimdən də şikayətçi olduğunu bildirir.

"Növbəti gün gecə vaxtı yenidən xəstə ürək nahiyəsində güclü göynədici ağrılardan şikayətlənir. Lakin Neftçilər Xəstəxanası xəstəni qəbul etməkdən imtina edir, bir neçə dəfə A. Abbasəliyevlə əlaqə saxlayandan sonra vaxt itkisi ilə xəstə qəbul olunur. Neftçilər xəstəxanasında sonda(növbətçi Bahadur həkim) xəstənin şikayətlərinin yalnız təzyiq fonunda olduğunu düşünərək yenidən 2 saata yaxın vaxtı təzyiqin salınmasına sərf edir, ancaq 3 cü dəfə təkidlə biz EKG çəkdirdikdən sonra ürəyin geniş infarktı göstəriciləri görüldü.Bu dəfə isə böyük Kardioloji şöbədə yenidən təcili olaraq anju müayinəsi aparacaq bir həkim tapılmadığı üçün 5 saatlıq böyük vaxt itkisi ilə atam Mərkəzi Klinik Xəstəxanaya göndərilir".

Şikayətçi bildirib ki, Abbasəli həkim xəstənin ən ağır dönəmində xarici ölkələrdən birinə gedibmiş:

"Qeyd edim ki, baş verən bu proseslər zamanı kardioloq A.Abbasəliyev xəstənin vəziyyətinin ağırlığını nəzərə almadan, güvəndiyi bir həkimə etibar etmədən özünün dediyinə görə, xaricə istirahətə getmişdi və onunla olan bütün dialoqlarımız telefonla, mesajla olmuşdur. Mərkəzi Klinik Xəstəxanasında Müayinə nəticəsində isə qoyulmuş stentin tam açılmadığı, tamamilə tromblaşdığı məlum olur və görülən bütün tədbirlərə baxmayaraq, növbəti iki saatda ürəyin ön divarın geniş infarktı və kəskin sol mədəcik çatışmazlığı diaqnozu ilə atam dünyasını dəyişir.

Bunları yazmaq olduqca çətindir. İnsan həyatının həkimlərimiz tərəfindən cılızlaşdırılması çox ağrılı bir haldır. Niyə axı bizim həkimlərimiz “məşhurlaşıb” ad çıxarandan sonra işlərinə qarşı məsuliyyətsiz olurlar? Niyə xəstənin həyatını ucuz, cılız hesab edirlər?

Sonda isə bu xəstəxananın tək qurbanı olmadığımızı nəzərə alaraq onu demək qalır ki, Allah heç kəsin yolunu Respublikanın “nüfuzlu” klinikası olan Mərkəzi Neftçilər xəstəxanasının kardioloji şöbəsinə salmasın. Xatırladaq ki, bundan öncə də adıçəkilən xəstəxanada həkim səhlənkarlığı ucbatından bənzər hadisələr dəfələrlə başverib. Yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandıra bilərik".AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO