"Mersedes" aşdı: ölən və yaralananlar var

"Mersedes" aşdı: ölən və yaralananlar var
SOSİAL
22:23 15.07.2019
9763
Ağstafa rayonunda yol qəzası baş verib.
 
Hadisə Yuxarı Göycəli kənd ərazisində qeydə alınıb.

Qəza nəticəsində Qazax rayon İkinci Şıxlı kənd sakini, 1991-ci il təvəllüdlü İsmət Mahmud oğlu Hacıyev ölüb. Onun həmyerliləri - 1991-ci il təvəllüdlü Nicad Rafiq oğlu Şamxalov və 1994-cü il təvəllüdlü Fuad Elman oğlu Məmmədov isə müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
///unikal.org
OXŞAR XƏBƏRLƏR