Merts: Məcburi sülh Putini növbəti hədəf axtarmağa ruhlandıracaq

Merts: Məcburi sülh Putini növbəti hədəf axtarmağa ruhlandıracaq
SİYASƏT
18:38 17.09.2025
235
Sülh razılaşması Ukraynanın suverenliyi və ərazi bütövlüyü bahasına əldə olunmamalıdır.

Bunu Almaniya Kansleri Fridrix Merts Bundestaqda bildirib.

Onun sözlərinə görə, NATO müttəfiqlərinin sərhədlərinin pozulması və Ukraynaya təzyiq - Kremlin strategiyasının bir hissəsidir.

Kansler diqqətə çatdırıb ki, Almaniya Kiyev üçün ədalətli sülhün tərəfdarıdır.

"Məcburi sülh, azadlıqdan məhrum sülh Putini sadəcə növbəti hədəf axtarmağa ruhlandıracaq”, - Merts əlavə edib.
 
\apa
OXŞAR XƏBƏRLƏR