Merve 100 minlik təklif üçün ölkəsini tərk edir

Merve 100 minlik təklif üçün ölkəsini tərk edir
MAQAZİN
11:59 28.12.2023
282

"Aşk Gündem”, "Küçük Sırlar”, "Kuzey Güney”, "Möhtəşəm Yüzyıl” kimi layihələrdə yer alan aktrisa Merve Boluğur kariyerasınının zirvəsində olarkən ani qərarla müğənniliyə addım atmışdı.

 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Nişantaşı səmtində kameralara tuş gələn Boluğur yeni açıqlamalar verib.

O, Dubayda baş tutacaq layihə üçün 100 milyon TL dəyərində təklif aldığını bildirib. Onun bu açıqlaması sosial mediada trend mövzusuna çevrilib. İzləyicilər aktrisanın məbləği şişirtdiyini deyərək, onu qeyri ciddi adlandırıblar.

 

Qətərə də səfər edəcəyini bildirən Boluğur "Qırmızı xalçada yürüyəcəyəm, çox xoşbəxtəm" deyə bildirib.

 

Aktrisa "Ölkəni tərk edəcəksiniz?" sualına isə "Deyəsən hə, belə görünür” cavabını verib.

 

 

Aysel

OXŞAR XƏBƏRLƏR